Page 1: Səhifə 1 : Qafqazda, Qazaxstanda və Türkiyədə akademik bütövlük üzrə siyasətlər (PAICKT)

Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Qazaxstanda və Türkiyədə ali təhsil müəssisələrində tələbə plagiatları və akademik bütövlük sahələrində aparılan siyasətlərlə bağlı araşdırmaya xoş gəlmisiniz.

Bu sorğu vərəqi azərbaycan dilindədir və ali təhsil müəssisələrindəki yüksək menecerlər üçün nəzərdə tutulmuşdur.  Tələbələr və akademik heyət üçün fərqli sorğu vərəqləri mövcuddur.

Bu sorğu vərəqi tələbə plagiatının və akademik hiylənin (imtahanda köçürmə) qarşısını almaq və onları idarə etmək üçün sizin ali təhsil müəssisəsində həyata keçirilən siyasətlər və prosedurlarla bağlı düşüncələrinizi və anlayışınızı öyrənməyə xidmət edir. Bu sorğu vərəqini dolduraraq Avropa Şurasının vacib layihəsinə töhfə vermiş olacaqsınız. Verdiyiniz cavablar təhsil sahəsində yerli, regional və beynəlxalq səviyyədə həyata keçirilən strategiyaya və siyasətə təsir etməyə imkan verəcək.

Suallar və cavablar

Niyə mən ? Biz bu regiondakı ali təhsil müəssisələrində çalışan bir sıra şəxslərlə düşüncələri və yaşadıqları təcrübələrlə bağlı sorğu həyata keçiririk.

İştirak etməliyəm ? Bu sorğuda iştirak tamamilə könüllü xarakter daşıyır.  Sorğu vərəqini dolduraraq və cavablarınızı verərək bu sorğuda respondent kimi iştirak edə bilərsiniz. Daha sonradan bu sorğuda iştirak etməməyə qərar verdiyiniz zaman bu sorğunun doldurulmasından sonrakı 7 gün ərzində Koventri Universitetinin Baş tədqiqatçısını elektron məktubla müraciət edərək məlumatlandırmalısınız.

Nə qədər zaman alacaq ? Sorğu təxminən 10-15 dəqiqənizi alacaq.

Cavablarım anonim qalacaq ?  Bəli.  Bütün şəxsi məlumatlar cavablardan çıxarılacaq.  Sorğunun analizi heç bir iştirakçının və çalışdığı təhsil müəssisənin müəyyən edilməməsini təmin edəcək.  Bütün cavablar fərdlərin və təhsil müəssisələrinin adının çəkilməyəcəyi şəkildə toplanacaq və analiz ediləcək.

Bu sorğunun nəticələri nə olacaq ? Nəticələr analiz ediləcək və Avropa Şurası üçün hazırlanan hesabat layihəsi şəklində təqdim ediləcək.  Nəticələr elmi konfranslarda təqdim oluna və elmi dərgilərdə nəşr edilə bilər. Sorğudan əldə edilən məlumatlar anonimliyi qoruyaraq gələcək araşdırmalar üçün istifadə edilə bilər.

Bu araşdırmanı kim təşkil edir və maliyyələşdirir ?  Bu sorğu Çex Respublikasının Brno şəhərindəki Mendel Universitetindən Dr Tomaş Foltinek (Tomáš Foltýnek) və Birləşmiş Krallıqdakı Koventri Universitetindən İren Qlendinninq (Irene Glendinning) tərəfindən koordinasiya edilir. Bu layihə Avropa Şurası tərəfindən maliyyələşdirilir.

Koventri Universitetinin Baş tədqiqatçısının kontakt detalları :  ireneg@coventry.ac.uk

Bu araşdırmanı kim nəzərdən keçirir ? Araşdırma Koventri Universitetinin Tədqiqat və Etika prosedurları vasitəsilə nəzərdən keçirilib və təsdiqlənib.